
“Real” futbolçusu Qonsalo Torreslə müqaviləsini uzadıb.
QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
21 yaşlı hücumçu ilə yeni müqavilə 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Futbolçunun artıq Madrid təmsilçisinin əsas komandasının bir hissəsi olacağı vurğulanır.
Torres “kral klubu” sisteminə 2014-cü ildə 10 yaşında qoşulub. Bu yay hücumçu klublararası dünya mempionatının 6 oyununda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.