“Real”ın futbolçusu Türkiyəyə qarşı oynaya bilməyəcək

“Real”ın futbolçusu Türkiyəyə qarşı oynaya bilməyəcək

İspaniya milli komandası DÇ-2026-nın seçmə mərhələsində Türkiyə ilə oyundan əvvəl itki ilə üzləşib.

Milletinsesi.az QOL.az-a istinadən xəbər verir ki, müdafiəçi Din Hyöysen sıradan çıxıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

“Real”ın futbolçusu əzələ zədəsi səbəbindən yığmanın düşərgəsini tərk edib. 2

Qeyd edək ki, noyabrın 18-də keçiriləcək İspaniya – Türkiyə qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Share: