Renat Dadaşov Superliqada həftənin rəmzi komandasına düşdü

Renat Dadaşov Superliqada həftənin rəmzi komandasına düşdü

“Hatayspor”da çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyə Superliqasında VIII turun rəmzi komandasına düşüb.

 

24 yaşlı hücumçu “SofaScore” nəşrinin versiyasına əsasən “11-liy”ə daxil edilib.

 

“SofaScore”yə görə həftənin rəmzi komandası

 

Qapıçı: Uğurcan Çakır (“Trabzonspor”)

 

Müdafiəçilər: Uroş Radakoviç (“Ankaragücü”), Jerom Opoku (“Başakşehir”), Davinson Sançes (“Qalatasaray”)

 

Yarımmüdafiəçilər: Gökcan Kaya (“Pendikspor”), Salih Uçan, Raşid Gezzal (hər ikisi “Beşiktaş”), Qarri Rodriges (“Ankaragücü”)

 

Hücumçular: Renat Dadaşov (“Hatayspor”), Mauro İkardi (“Qalatasaray”), Edin Ceko (“Fənərbağça”)

 

Qeyd edək ki, Renat Dadaşov “Konyaspor”a 3:1 hesabı ilə qalib gəldikləri oyunda iki qol vurub.

Mənbə

Share: