Renat Dadaşovun İsveçrə klubundakı qolu mövsümün ən yaxşısı ola bilər

Renat Dadaşovun İsveçrə klubundakı qolu mövsümün ən yaxşısı ola bilər

“Qrasshopper” klubu İsveçrə Super Liqasında ötən mövsümün ən yaxşı qolunun müəllifi adına namizədləri açıqlayıb.

9 futbolçunun yer aldığı siyahıda Azərbaycan millisinin üzvü Renat Dadaşovun da adı var. 24 yaşlı hücumçunun ölkə çempionatının I turundan təxirə salınmış oyunda (1:1) “Lütsern”in qapısına vurduğu qol mükafata iddialıdır.

Qalib azarkeşlərin səsverməsinə əsasən müəyyənləşəcək.

Qeyd edək ki, Renat Dadaşov ötən ilin yayından “Qrasshopper”də çıxış edir.

Mənbə

Share: