Dekabrın 1-dək respublika ərazisində bütün təhsil müəssisələri distant fəaliyyət göstərəcək. Lakin bu dövr ərzində repetitor fəaliyyəti davam edə bilər.
Milletinsesi.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev oktyabrın 30-da keçirilən brifinqdə deyib.
Nazir qeyd edib ki, repetitor fəaliyyəti nazirliyin strukturuna daxil deyil. Ona görə də nazirlik onların fəaliyyətinə müdaxilə etmir.