“Restoranların tam rejimdə işləməsi müzakirə olunur”.
“Millətin Səsi.az” xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, kafe-restoranlarla bağlı yeni qərar iyunun 1-dən tətbiq edilə bilər.
Qeyd edək ki, hazırda Azərbaycanda kafe-restoranlar axşam 18:00-a qədər işləyir.