Bəzi restoranlar müştərini qazanmaq üçün yeməkdən sonra hesabı ödəyən müştəriyə pulsuz çay, bəzi restoranlar isə müştəriyə “bu restoranın sizə hədiyyəsidir” –deyə süfrəyə pulsuz desert, qutab və s. qoyur.
Bəs görəsən bu doğrudanmı müştəriyə pulsuz başa gəlir?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov Moderator.az-a danışdı.
“Bank sektorunda müştəri qazanmaq üçün saysız hesabsız texnologiyalardan biri də “Cashback” siyasətidir. Hansısa restoran həmişə müştəriyə sonda pulsuz çay verməyə borclu olmadığı kimi, banklar da “Cashback” sevincini müştərilərə əbəbi yaşatmağa borclu deyil. Müəyyən hədəflərdən sonra bank yanaşmanı dəyişərək geri dönüş faizini azalda və ya ləğv edə bilər.
Buna görə də bir kommersiya təşkilatının xidmətlərindən uzunmüddətli dövr ərzində istifadə etməyə qərar verən zaman diqqəti belə kiçik “tələ mükafatları”na yox, daha strateji məqamlara yönəltmək lazımdır”.