Rezidenturaya qəbul üçün tələb olunan müsabiqə balının artırılması məsələsinə baxıla bilər.
Milletinsesi.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzinin Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev bildirib ki, hazırda rezidenturaya qəbul olmaq üçün 100 baldan 40 bal toplamaq lazımdır:
“2020-2021-ci tədris ilində də rezidenturaya qəbul qaydalarında bu müsabiqə şərti saxlanılacaq. Amma növbəti illərdə bu məsələyə baxılacaq. 40 bal aşağıdır, dünya təcrübəsində 50 faiz bal toplamaq lazımdır. Yəqin ki, növbəti illərdə dəyişiklik ediləcək”.