Roma Papası Fransisk irqçiliyi daim mutasiya edən virusla müqayisə edib.
Milletinsesi.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə o, özünün Tvitter-dəki səhifəsində yazıb.
“İrqçilik – bu, qısa zamanda mutasiya edən və yox olması gözlənilərkən gizlənən bir virusdur”, – pontifik sosial şəbəkədə yazıb.
O, həmçinin irqçiliyin müasir cəmiyyətdəki təzahürlərini utancverici adlandırıb. Papanın sözlərinə görə, çünki bu, bəşəriyyətin iddia edilən sosial tərəqqisinin düşündüyümüz qədər real olmadığını göstərir.