“Roma”nın səhmləri satıla bilər.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın “The Friedkin Group” şirkəti paytaxt təmsilçisinin səhmlərini almağa hazırlaşır.
Hazırda tərəfər arasında danışıqlar gedir. Şirkət “canavarlar” üçün 780 milyon avro ödəməlidir.
Qeyd edək ki, “Roma”nın hazırkı sahibi Ceyms Pallottadır. Komanda A seriyasında 4-cü pillədə qərarlaşıb.