“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo həyat yoldaşı ötən həftə vəfat edən dostu futbolçu Joze Semeduya dəstək olaraq paylaşım edib.
Qol.az xəbər verir ki, o, bununla bağlı özünün “İnstaqram” səhifəsində yazıb:
“Hər şeyin, o cümlədən futbolun arxa plana keçdiyi vaxtlar olur. Keçən həftə gözəl insan, həyatın mənə bəxş etdiyi ən yaxın dostlarımdan birinin həyat yoldaşı, əziz Sorayamız gözlənilmədən dünyasını dəyişdi.
Qardaşım Jose Semedu və bütün ailəsinə heç nə təsəlli verə bilməz. Amma bu gün, həmişə olduğu kimi, çox çətin dövrü birlikdə keçiririk. Rahat ol, dostum. Səni heç vaxt unutmayacağıq”.