Jorje Mendeş agenti olduğu “Yuventus”un futbolçusu Kriştiano Ronaldonu “Mançester Siti”yə təklif edib.
Qol.az xəbər verir ki, bu barədə “İdman dello Corriere” məlumat yayıb.
Xəbərdə Turin təmsilçisinin 30 milyon avro qarşılığında portuqaliyalı oyunçu ilə yolları ayırmağa hazır olduğu vurğulanıb. Bunun səbəbi 36 yaşlı futbolçunun müqaviləsinin bir ildən sonra başa çatmasıdır.
Xatırladaq ki, Ronaldo 2018-ci ildən “Yuventus” da oynayır.