“Yuventus” “Valensiya”nın hücumçusu Rodriqonu transfer etmək istəyir.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Turin klubunun 28 yaşlı oyunçunu almaq variantı haqda düşünür. Ancaq A seriyası təmsilçisinin ispan futbolçunun təzminat qiyməti olan 120 milyon avronu ödəmək istəmədiyi vurğulanıb. Klubun onun qiymətini aşağı salmağa çalışdığı vurğulanıb.
Xəbərdə o da qeyd olunub ki, “Yuventus”un hücumçusu Kriştiano Ronaldo da Rodriqonun transferinə razılıq verib.
Qeyd edək ki, Rodriqo bu mövsüm 16 maçda 2 qol vurub, 8 qolun ötürməsini verib.