Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo “Mançester Siti”in hazırkı vəziyyətindən danışıb.
QOL.az “Mirror”a istinadən xəbər verir ki, 39 yaşlı hücumçu “şəhərlilər”in oyunçularına səslənib:
“Hər komandanın yaxşı və pis anları olur. İndi “Mançester Siti” üçün pis an gəlib. Amma onlar mütləq geri qayıdacaqlar. “Mançester Siti”nin futbolçularına məsləhət görərdim ki, meydanda daha çox iş görsünlər və mediaya açıqlama verməsinlər”.
Qeyd edək ki, “Mançester Siti” hazırda Preyer Liqanın turnir cədvəlində 31 xalla 5-ci yerdədir. Komanda Çempionlar Liqasında isə 8 xalla 22-ci pillədə qərarlaşır.