“Rossiya 24” Bakıda keçirilən beynəlxalq konfransla bağlı süjet hazırlayıb

“Rossiya 24” Bakıda keçirilən beynəlxalq konfransla bağlı süjet hazırlayıb

“Rossiya 24” telekanalı Bakıda keçirilən “Neokolonializm: insan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda beynəlxalq konfransla bağlı süjet hazırlayıb.

Süjetdə Fransanın ötən əsrdə Polineziyada 200-ə yaxın, Əlcəzairdə isə yüzlərlə eyni sınağı həyata keçirdiyi qeyd edilib.

Qeyd olunur ki, Fransanın qoyduğu minalara görə Əlcəzair sakinləri hələ də əziyyət çəkir: “Bəşəriyyətin müstəmləkə tarixində qanlı cinayətlərin əksəriyyətini Fransa törədib. O, Afrikanın, Cənub-Şərqi Asiyanın, Sakit okeanın onlarla ölkəsini işğal edib. Latın Amerikası bölgəsinin sərvətlərini talan edərək, xalqlarını uzun illər əsarət altında saxlayan Fransa bu ərazilərdə çoxsaylı hərbi cinayətlər törədib”.

Mənbə

Share: