Rövnəq İbrahim oğlu Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin digər iki sərəncamı ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən, Elnur Aydın oğlu Əliyev isə iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib.
Digər sərəncamlarla Elnur Əliyev iqtisadiyyat nazirinin birinci müavini, Rövnəq Abdullayev isə iqtisadiyyat nazirinin müavini təyin edilib.