Rövşən Əliyev: “Yaxın zamanda humanitar yük təyinat nöqtəsinə çatdırılacaq”

“Yaxın zamanda humanitar yük təyinat nöqtəsinə çatdırılacaq”.

 

Bu sözləri Qızıl Aypara Cəmiyyətinin (QAC) vitse-prezidenti Rövşən Əliyev deyib.

 

O qeyd edib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin iki avtomobili humanitar yükün Bərdə şəhərinə gətirilməsi zamanı müşayiət edib:

“Hazırda Rusiya Qırmızı Xaç Cəmiyyətinin əməkdaşları “Bərdə” hotelində dincəlirlər. Çox güman ki, yaxın saatlarda həmin yük təyinat nöqtəsinə çatdırılacaq”.

Mənbə

Share: