Rubik kubunda yeni rekord – Cəmi 3.13 saniyə (VİDEO)

Rubik kubunda yeni rekord – Cəmi 3.13 saniyə (VİDEO)

ABŞ-ın Kaliforniya ştatında Rubik kubunun həll edilməsində yeni rekord qırılıb.

 

Modern.az xəbər verir ki, 21 yaşlı amerikalı Maks Park dörd il yarım əvvəl qırılan rekordu təzələyib.

 

Belə ki, o, Rubik kubunu cəmi 3.13 saniyəyə həll edib.

 

Qeyd edək ki, bundan əvvəl rekordun sahibi 3.47 saniyə ilə çinli Yusheng Dudur.

 

Mənbə

Share: