Rusiyanın “Rubin” klubu baş məşqçisi Roman Şaronovla yolları ayırıb.
Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 43 yaşlı məşqçinin müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilib. Şaronovla birlikdə onun köməkçiləri də komandadan ayrılıblar.
Şaronov bu ilin yayında Kurban Berdıyevin istefasından sonra “Rubin”i çalışdırırdı.
Qeyd edək ki, Kazan təmsilçisi hazırda 19 xalla 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.