Rüfət Səfərova qarşı zorakılıq edən şəxs TUTULDU 

Rüfət Səfərova qarşı zorakılıq edən şəxs TUTULDU 

Keçmiş müstəntiq Rüfət Səfərova qarşı küçədə zorakılıq edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Rüfət Səfərov özünün “Facebook” səhifəsində məlumat yayıb.

 

O qeyd edib ki, hadisə ilə bağlı polisə müraciət edib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən mübahisə tərəfi – 1961-ci il təvəllüdlü Məmmədxan Nəcəfov saxlanılıb. Araşdırmalar davam etdirilir.

Mənbə

Share: