Rumıniyanın paytaxtı Buxarestdə minlərlə müəllim maaş azlığına etiraz edir.
Modern.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
Bildirilib ki, həmkarlar ittifaqları müəllimlərin maaşlarının 25% artırılmasını, infrastruktur və tədris ləvazimatlarına sərmayə qoyulmasını tələb edirlər.
Rumıniyada yeni müəllimlər indi ayda təxminən 2400 ley (521,65 ABŞ dolları) qazanırlar ki, bu da ölkə üzrə orta göstəricinin yarısından azdır.
Qeyd edək ki, həmkarlar ittifaqları tətilin müddətsiz olduğunu bildiriblər. Aksiyanın davamının buraxılış imtahanlarının təxirə salınması ilə nəticələ biləcəyinə baxmayaraq valideynlər və tələbələr mitinqləri hələ də dəstəkləyirlər.