Rus biznesmenin 54 milyon dollarlıq aktivinə həbs qoyuldu 

Ukrayna rusiyalı iş adamı Əlişir Usmanova məxsus 2 milyard qrivna (təxminən 54,35 milyon dollar) dəyərində dəmir filizini ələ keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb 

 

Bildirilir ki, aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 160 min tondan çox dəmir filizi yeraltı anbarlarda aşkar edilib.

 

“Aşkar edilmiş dəmir filizinin rusiyalı oliqarx Əlişir Usmanovun şirkətinə məxsus olduğu müəyyən edilib”, – məlumatda deyilir.

 

Qeyd olunur ki, müsadirə edilmiş əmlak üzərinə həbs qoyulub. 

 

Akif İsmayılov 

Mənbə

Share: