İşğalçılar Belqorod vilayətindən İzyum şəhərinə 79-cı desant-hücum diviziyasının tərkibindən iki taktiki alay qrupu göndəriblər.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumatda bildirilir ki, İzyum istiqamətində Şərq Hərb Dairəsinin 1-ci tank ordusu, 20-ci əlahiddə ümumqoşun ordusu, Qərb Hərb Dairəsinin 35-ci əlahiddə ümumqoşun ordusu və 68-ci ordu korpusu ilə hava desant qoşunlarının bölmələri hücum əməliyyatları aparır.
“Düşmən Bolşaya Kamışevaxa qəsəbəsinin şimal-şərq hissəsini ələ keçirib, həmçinin Zavodı qəsəbəsini də nəzarətə götürüb”, – məlumatda qeyd olub.