Rusiya Ukraynada hərbi əməliyyatlarını davam etdirərkən həlak olan və əsir düşən əsgərlərlə bağlı bir detal diqqəti çəkib.
Millətin Səsi.az xəbər verir ki, Rusiya bu gün cəbhədə böyük itkilər verir və həmin əsgərlərin də əksəriyyəti müsəlman və türk əsillidir. Artıq mühibənin doqquzuncu günüdür və tərəflər arasında şiddətli döyüşlər gedir. Məlum olub ki, Rusiya ordusunda xeyli sayda türk və müsəlman əsilli hərbçilər döyüşür. Elə öldürülən və əsir götürülən hərbçilərin çoxu da onlardan ibarətdir.
Emel Krım Vəqfi sədri Zəfər Karatay Ukrayna müharibəsində həlak olan və əsir düşən rus əsgərlərinin çoxunun türk əsilli olduğuna diqqət çəkərək, bunun xüsusi bir strategiya olduğunu qeyd edib.
Karatay Rusiya prezidenti Vladimir Putinin sələflərinin yolunu davam etdirdiyini deyib:
“Ukrayna ordusu tərəfindən əsir götürülən və ya öldürülən əsgərlər arasında adları ruslara bənzəsə də, Qafqazdan türk və müsəlman xalqlarına, tatar və başqırdlara, fin-uqor xalqlarına mənsub minlərlə əsgər var.
İşğaldan əvvəl Krımda keçirilən hərbi toplanışda Krımdan zorla çoxlu qumuk, noqay, çeçen, və dağıstanlılardan ibarət ordu formalaşdırıldı. O, Qafqaz xalqlarından və kalmıklardan qoşunlar təşkil etdi. O, həm də ilk hücum dalğasında bu əsgərlərə rəhbərlik edərək onların əksəriyyətini qəsdən ölümə göndərdi”-deyə o, bildirib.
Zəfər Karatay bildirib ki, Rusiya hələ də Krım tatar gənclərini zorla əsgərliyə cəlb edir.
Çankırı Karatekin Universitetinin müəllimi profesor Sezai Özçəlik isə Əfqanıstan müharibəsində də Rusiyanın bu üsuldan istifadə etdiyini bildirib:
“1979-cu ildə rusların Əfqanıstanı işğalı zamanı Özbəkistan, Qırğızıstan, Azərbaycan, Qazaxıstan, Tacikistan və Türkmənistandan olan əsgərlər, eləcə də digər türk qruplarından olan əsgərlər faktiki olaraq müsəlman əfqanlara, puştunlara, özbəklərə, taciklərə və xəzərlərə qarşı döyüşüblər. Taktika müsəlmanları-müsəlmanlara qarşı yönəltməkdir. Bundan birinci və ikinci Çeçen müharibələrində də istifadə olunub.
İndi isə Kadırov Çeçenistanı işğal edən ruslarla birlikdə Ukraynada yaşayan 3 milyondan çox türklərlə vuruşur”-deyə o, bildirib.