![Rusiya ən yeni təyyarələrini satışa çıxarır](https://milletinsesi.az/wp-content/uploads/;https://cdn.axar.az/2018/02/08/qirici-su57-.jpg)
Rusiyanın beşinci nəsil Su-57 təyyarələri yalnız silahlanmaya qəbul edildikdən sonra xaricə ixrac edilə bilər.
Milletinsesi.az xəbər verir ki, bunu “İnterfaks” agentliyinə açıqlamasında Rusiya Baş nazirinin müavini Yuri Borisov deyib. O hələlik bu təyyarələrin yerinə Rusiyanın Su-35 təyyarələrini xaricə təklif etdiyini bildirib.
Bununla belə “İnterfaks” agentliyi öz mənbələrinə əsasən Su-57 təyyarəsinin eksportuna izn verən sənədin razılaşdırıldığı ilə bağlı məlumat yayıb.
Qeyd edək ki, bundan öncə “Rostex” rəsmisi Viktor Kladov Rusiyanın Su-57 təyyarələrinin eksport versiyasını noyabrda Dubaydakı aviaşou zamanı təqdim edəcəklərini söyləmişdi. O bu təyyarələrin Yaxın Şərqdə böyük maraqla qarşılanacağına əmin olduğunu söyləmişdi.