Rusiya AB-nin qərarını qanunsuz saydı: Tədbir görür

Rusiya AB-nin qərarını qanunsuz saydı: Tədbir görür

Rusiya Avropada aktivlərinin dondurulması ilə bağlı cavab olaraq tədbirlər görür.

Milletinsesi.az xəbər verir ki, bu barədə “Business İnsider” nəşri məlumat yayıb.

Məlumata görə, Rusiya Mərkəzi Bankı Avropa Birliyinin sözügedən addımını qanunsuz hesab edib və “Euroclear” depozitarına qarşı Moskva məhkəməsində iddia qaldırıb.

Mərkəzi Bank bildirib ki, depozitarın addımları Rusiyanın maliyyə və qiymətli kağızlar üzərində sərəncam vermək imkanlarını məhdudlaşdırıb.

Qeyd edək ki, Avropa Birliyi (AB) Şurası Rusiyanın suveren aktivlərini birdəfəlik dondurmaq qərarına gəlib.

Share: