“ABŞ hərbi müdaxilə etsə, İran yalnız olmayacaq”.
Milletinsesi.az xəbər verir ki, Bunu Rusiya Xarici İşlər Nazirliyinin Asiya ölkələri üzrə xüsusi səfiri Zamir Kabulov deyib.
“The Moscow Times” qəzetinin xəbərinə görə, Moskvada keçirilən Rusiya-İran Siyasi Forumunda çıxış edən Kabulov Rusiyanın İranı tək qoymayacağını deyib. Rusiya digər dövlətlər İrana qarşı simpatiya və empatiya ilə yanaşır.
Qeyd edək ki, bu həftə Rusiyanın Xarici işlər naziri Sergey Ryabkov Rusiya və müttəfiqlərinin ABŞ-ın İrana qarşlı sanksiyalarna cavab olaraq Vaşinqtona sanksiya tətbiq etmək üçün yeni addımlar atacaqlarını açıqlamışdı.
ABŞ-la İran arasındakı gərginlik ötən həftə İranın ABŞ-a aid pilotsuz uçuş aparatını məhv etməsindən sonra pik həddə çatıb./publika.az