Rusiya ABŞ-da keçiriləcək prezident seçkilərinə heç vaxt müdaxilə etməyəcək.
Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.
O, “Shot” teleqram kanalında jurnalistlərin müvafiq sualına belə cavab verib: “Heç vaxt”.
Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrda keçiriləcək. 25 aprel 2023-cü ildə hazırkı Amerika lideri, demokrat Co Bayden yenidən seçilmək istəyəcəyini açıqlamışdı. Onun sələfi Donald Tramp 2022-ci ilin noyabrında seçki yarışına qatılacağını bəyan etmişdi.