Rusiya, Aİ və ABŞ sülh üçün qarantlığa hazırdırlar

Rusiya, Aİ və ABŞ sülh üçün qarantlığa hazırdırlar

“Rusiya, Aİ və ABŞ Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin qarantı olmağa hazırdırlar”.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

 

“Lakin bunun üçün ən güclü mexanizmi seçmək lazımdır. Bir ölkə təmin etsə yaxşıdır, amma hansı olacaq, bilmirəm”, – o əlavə edib.

 

“Sülh müqaviləsi üçün üçüncü ölkə tərəfindən təminat verilməlidir, bütün təminatlar olmalıdır. Danışıqların aparıldığı mərkəzlər artıq əldə olunmuş razılaşmalara əməl olunmasına nəzarət etməyə hazır olduqlarını bildiriblər”, – spiker qeyd edib.

Mənbə

Share: