Rusiya aliment borcu olanları orduya çağırır

Ordudakı itkilərin yerini doldurmaq üçün Rusiya kredit və aliment borcu olanları hərbi xidmətə çağırır.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Nüdafiə Nazirliyinni Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumata görə, borclulara Rusiya ordusu ilə müqavilə bağladıqları təqdirdə bütün borc öhdəliklərindən azad olmaq təklif olunur.

Xüsusilə, bu cür təkliflər Tatarıstan Respublikası, Pyatiqorsk, Rostov və Şimali Qafqazda geniş vüsət alıb.

Share: