Rusiya amerikalı idmançını silah baronuna dəyişdi

Rusiyada saxlanılan amerikalı basketbol ulduzu Britni Qriner azadlığa buraxılıb.

 

Modern.az xəbər verir ki, ABŞ bunun müqabilində rusiyalı silah baronu Viktor Butu azad edib.

 

ABŞ Prezidenti Co Bayden Qrinerin sərbəst buraxılması ilə bağlı tvit atıb.

 

“Britni Qrinerlə bir neçə dəqiqə əvvəl telefonda danışdım. O, təhlükəsizdir, təyyarədə gedir”,- prezident tvitdə yazıb.

 

Məlumata görə, ABŞ rəsmiləri Qriner azad edildikdən sonra onunla görüşüblər.

Mənbə

Share: