Rusiyanın S-500 “Prometey” zenit raket kompleksləri gələn ildən etibarən Rusiya Silahlı Qüvvələrinin sərəncamına verilə bilər.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Yuri Borisov deyib.
“Kompleksin tərkib hissələri artıq ilkin zavod sınaqlarından keçib və öz xüsusiyyətlərini təsdiqləyib”, – Borisov bildirib.
Borisov həmçinin S-500-lərin artıq buraxılış sınaqlarının da icra edildiyini və sınaqların uğurla nəticələndiyini qeyd edib.