“Rusiya Avropada təxribatlar törətməklə onun Türkiyə ilə arasını vurmaq istəyir…”

“Rusiya Avropada təxribatlar törətməklə onun Türkiyə ilə arasını vurmaq istəyir…”

“Rusiya Federasiyası Avropa İttifaqında informasiya diversiyalarını davam etdirir…”

 

“Səhnələşdirilmiş mitinqlərdə iştirakçılar Avropa İttifaqı, NATO və Ukraynanın ünvanına tənqidlər səsləndirib…”

 

Rusiyanın xüsusi xidmət orqanları Avropa ölkələrində saxta mitinqlər təşkil edərək, başqa ölkələrin siyasətinə təsir göstərmək istəyir.

 

Moderator.az xəbər verir ki, bu barədə İsveçin “SVT” nəşrinin jurnalist araşdırmasında deyilir.

 

Jurnalistlər güman edir ki, yanvarda Türkiyənin Stoqholmdakı səfirliyinin önündə Quranın açıq şəkildə yandırılması insidentindən rusiyalılar ilhama gəlib. Bundan sonra Türkiyə indiyədək İsveçin NATO-ya daxil olmasını təsdiqləməyib.

 

Nəşr iddia edir ki, onun sərəncamında Rusiyanın xüsusi xidmət orqanları tərəfindən Avropada öz agentləri üçün tərtib etdiyi təlimat var.

 

Sənəddə Quranın yandırılması epizodunu nümunə gətirilir və Avropa ölkələrində yerli sakinlər və miqrantlardan Avropa İttifaqı ölkələri ilə Türkiyə arasında münaqişələrin qızışdırılmasında istifadə etməyi təklif edir.

 

O cümlədən Rusiya agenturasına Türkiyə bayrağının yandırılması və Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqirləri əks etdirən videolar çəkib yaymağı təklif edib. Məqsəd bu təxribatların KİV-lərdə işıqlandırılmasıdır.

 

Bundan başqa, jurnalistlərin əldə etdiyi sənədlərdə rusiyalıların martın 5-də Parisdə keçirdiyi belə aksiyanın hesabatı var.

 

O zaman təxribatçılar Fransanın pensiya islahatına qarşı etiraz mitinqlərindən istifadə edərək, gənclərin Ukrayna bayrağı olan lövhlər qarşısında etiraz etməsi və Türkiyə prezidentinin ünvanına təhqirlər səsləndirməsini videoya çəkib.

 

Bundan başqa, nəşrin iddiasına görə, açıq-aşkar səhnələşdirilmiş mitinqlərin 10 epizodunu aşkar edib, orada mitinq iştirakçıları Avropa İttifaqı, NATO və Ukraynanın ünvanına tənqidlər səsləndirib.

 

Stoqholmda Quranın yandırılması ilə bağlı insident

 

Yanvar ayında işveçli ultrasağ fəal Rasmus Paludan və tərəfdarları Türkiyənin Stoqholmdakı səfirliyi qarşısında Quranı yandırıb. Bu, Türkiyə ilə İsveç arasında böyük qalmaqala səbəb olub.

 

İsveçlilərin bu aksiyanı pisləməsinə rəğmən, Türkiyə XİN bəyan edib ki, bu aksiya İsveç hakimiyyəti tərəfindən sanksiyalaşdırılıb.

 

Qısa zamanda bəlli olub ki, Quranın yandırılması Rusiyanın xüsusi xidmət orqanları tərəfindən törədilmiş təxribatdır. 

 

Türkiyə indiyədək İsveçin NATO-ya daxil olmasını əngəlləyir, eyni zamanda Rusiya ilə fəal əməkdaşlıq edir.

Mənbə

Share: