Rusiya Azərbaycanda baş konsulluq aşmaq İSTƏYİR

Milli Məclisinin sədri Sahibə Qafarova Moskvada Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının saytında məlumat yayılıb.

 

Görüş zamanı ikitərəfli münasibətlər müzakirə olunub. Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

 

Matviyenko bildirib ki, ötən il Rusiya və Azərbaycan arasında 10 hökumətlərarası və qurumlararası müqavilə, o cümlədən Müttəfiq Əməkdaşlığı haqqında Bəyannamə imzalanıb.

 

“Rusiyanın Azərbaycanda Baş konsulluğunun açılması müttəfiqliyin bariz nümunəsi olardı”, – Matviyenko qeyd edib.

 

Akif İsmayılov 

Mənbə

Share: