İrəvan və Bakı təmasların dinamikasını və gələcək sülh müqaviləsinin məzmununu müəyyənləşdirir.
Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Ria Novosti” agentliyinə müsahibəsində Ermənistan və Azərbaycanın yaxın aylarda sülh müqaviləsi imzalayıb-imzalamayacağı və onun Qarabağın statusunu ehtiva edib-etməyəcəyi barədə suala cavabında deyib.
O, məsələnin danışıqlar aparan tərəflərə, yəni Bakı və İrəvana ünvanlanmasını məntiqli hesab edib.
“Məhz onlar təmasların dinamikasını müəyyən edir və gələcək sülh müqaviləsinin məzmununu müəyyənləşdirirlər. Həm Azərbaycan, həm də Ermənistanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri olan Rusiya bu prosesə hər cür köməklik göstərir”, – rusiyalı nazir bildirib.