Rusiya Belarusda nüvə silahı yerləşdirərsə, Aİ yeni sanksiyalarla cavab vermək niyyətindədir

Rusiya Belarusda nüvə silahı yerləşdirərsə, Aİ yeni sanksiyalarla cavab vermək niyyətindədir

Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirəcəyi təqdirdə Avropa İttifaqı yeni sanksiyalar tətbiq etməyə hazırdır.

Bunu bazar günü Aİ-nin xarici xidmətinin rəhbəri Cozep Borrel deyib.

“Belarus hələ də bunu dayandıra bilər, bu, onların seçimidir. Aİ növbəti sanksiyalarla cavab verməyə hazırdır”, – o, Twitter-də yazıb.

Borrell həmçinin Belarusun Rusiya nüvə silahlarının yerləşdirilməsini “eskalasiya və Avropa təhlükəsizliyinə təhdid” adlandırıb.



Mənbə

Share: