Rusiyanın Ermənistandakı hərbi bazasının döyüş bölmələrinin 150-dən çox mütəxəssisi Alagöz yüksək dağlıq poliqonunda təlim keçib.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, onlar şərti düşmənin rabitəsini sıradan çıxarıb. Həmçinin şərti olaraq elektron şüalanma mənbələrinin istiqaməti aşkar edilib.