“Rusiya onun genişlənmiş cəhbə xəttinin kənarlarında təhlükəzliyinin təmin edilməsindən narahatdır…”
“Bu təhlükələrdən hansına üstünlük verilməsi Rusiyanın operativ planlaşdımasının qarşısında duran başlıca dilemmadır…”
Söhbət Luqansk və Zaporojye vilayətlərində cəbhənin kənar sahələrindən gedir
Britaniya kəşfiyyatı Rusiyanın Ukraynada işğalçı qoşunları üçün iki başlıca cari təhlükəsinə diqqət çəkib.
Moderator.az xəbər verir ki, bu barədə kəşfiyyatın məlumatına istinadən Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
O cümlədən fevralın 7-ə açıq mənbələrdən olan şəkillər göstərib ki, Rusiya, ehtimal ki, Zaporojye vilayətinin mərkəzi hissəsində, xüsusilə Tarasovka şəhəri yaxınlığında mühafizə qurğularını daha da möhkəmləndirib.
Bundan başqa, yanvarın 8-nə olan vəziyyət Rusiyanın Vasilyevka və Orexov şəhərləri arasında müdafiə-istehkam qurğuları yaratdığını göstərir.
“Cari operativ diqqətin, əsasən, Donbas regionuna yönəlməsinə rəğmən, Rusiya onun genişlənmiş cəbhə xəttinin kənarlarında təhlükəsizliyinin təmin edilməsindən narahatdır”, – məlumatda deyilir.
Belə ki, bunu Zaporojye və Luqansk vilayətlərində müdafiə qurğularının ucaldılması və şəxsi heyətin yerləşdirilməsi sübut edir. Rusiyanın Ukraynada cəbhə xəttinin uzunluğu 1288 km təşkil edir. Zaporojye vilayətinin işğal edilmiş cəbhə xəttinin uzunluğu isə 192 km-dir.
“Ukraynanın Zaporojye vilayətində böyük irəliləyişi Rusiyanın Rostov vilayətini Krımla birləşdirən “yerüstü körpüsü”nün həyati fəaliyyətinə ciddi təhlükə yarada bilər. Ukraynanın Luqansk vilayətində uğuru isə Rusiyanın “Donbasın azad edilməsi” üzrə elan etdiyi hərbi məqsədini daha da sarsıda bilər”, – Britaniya Müdafiə Nazirliyi güman edir.
Kəşfiyyatın qeyd etdiyi kimi, “bu təhlükələrdən hansına üstünlük verilməsi barədə qərarın qəbul edilməsi, ehtimal ki, Rusiyanın operativ planlaşdırmasının qarşısında duran başlıca dilemmadır”.