Rusiya cəzaçəkmə müəssisəsini vurdu

Rusiya cəzaçəkmə müəssisəsini  vurdu

Rusiya ordusu Zaporojye vilayətində cəzaçəkmə müəssisəsini vurub.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Zaporojye vilayət administrasiyasının rəhbəri İvan Fyodorov məlumat verib.

“Düşmən gecə ərzində FAB-larla Zaporojyeni 8 dəfə atəşə tutub. Cəzaçəkmə koloniyası vurulub və nəticədə 16 nəfər ölüb, 35 nəfər yaralanıb”, – Fyodorov bildirib.

Share: