Rusiya CAS-a müraciət edəcək

Rusiya Antidopinq Agentliyinin (RUSADA) Müşahidə Şurasının iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, Moskvada baş tutan yığıncaqda Ümumdünya Antidopinq Agentliyinin (WADA) tətbiq etdiyi cəza müzakirə olunub.

RUSADA sanksiyalarla razılaşmamaq barədə qərar qəbul edib. Qurum İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etməyi məqsədəuyğun sayıb.

Bunun üçün WADA-nın qərar verdiyi gündən sonrakı üç həftə ərzində şikayət yollanmalıdır.

Qeyd edək ki, WADA-nın İcraiyyə Komitəsi dekabrın 9-da çıxardığı qərarla Rusiya idmançılarını 4 il müddətində Olimpiya və Paralimpiya Oyunlarında, həmçinin dünya çempionatlarında milli bayraq altında iştirakına, ölkənin böyük beynəlxalq yarışlar təşkil etməsinə qadağa qoyub.

Share: