Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin hücumlarına cavab olaraq Donetsk istiqamətində əks hücuma keçildiyini bəyan edib.
Modern.az xəbər verir ki, bu barədə noyabrın 22-də Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Qeyd edilib ki, ruslar əks-hücumda Ukrayna Silahlı Qüvvələrinin 2 tankını, 6 zirehli döyüş maşınını və 5 digər texnikasını sırdan çıxarıb, 120 hərbçisini isə öldürüb.