Rusiya qüvvələrinin Donetsk vilayətinin Çasovoy Yar şəhərindəki yaşayış binasına raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
Milletinsesi.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin Donetsk vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
“İyulun 11-i saat 08:45-ə olan məlumata görə, beşmərtəbəli yaşayış binasına raket zərbəsi nəticəsində 18 nəfər həlak olub, 6 nəfər isə dağıntılar altından çıxarılıb. Dağıntılar altında olan iki nəfərlə səsli əlaqə yaradılıb. Hazırda xilasetmə və axtarış prosesi davam edir”, – məlumatda deyilir.