
“Dronların sayının çox olması onlara hava hücumu sistemlərini keçməyə imkan verəcək…”
“Dronlar istehsalçıları bu aksiyanı maddi mənfəətə görə deyil, qələbəmiz naminə keçirəcək…”
Ukraynanın “dronlar qatarı” Qırmızı meydanda “hava paradı” nümayiş etdirəcək
Ukraynalı bankçı, “Dovbuş” pilotsuz uçuş aparatını icad edən, Qırmızı meydanda PUA-lar üçün 20 milyon qriven vəd edən Vladimir Yatsenko əmindir ki, Ukrayna dronlarının sayının çox olması onlara Rusiyanın hava hücumundan müdafiə sistemini keçməyə imkan verəcək.
Moderator.az xəbər verir ki, bu barədə o, “focus.ua” nəşrinə müsahibəsində bəyan edib.
Pilotsuz uçuş aparatlarının Kremlə hücumundan sonra Rusiyanın bütün ərazisində Qələbə Günü şərəfinə paradlardan imtina edilməyə başlanılıb. Rusiyanın 18 şəhərində bütün kütləvi tədbirlər ləğv edilib.
Moskva isə öz ənənəsindən geriyə çəkilmir, burada hərbi parad baş tutacaq. Bu, o deməkdir ki, Ukraynanın Qırmızı meydanda PUA-ların enişi aksiyası da baş tutacaq”, – Vladimir Yatsenko əmin edib.
Məlumat verilib ki, Moskvada GPS sistemi bloklanıb, şəhərin müəyyən rayonlarında qurğular başqa lokasiyaları göstərir. Şəhər polisi bunu parada hazırlıqla əlaqələndirir.
Yatsenko vurğulayıb ki, rusiyalıların bütün bu çabaları Qırmızı meydanı Ukayna dronlarından müdafiə edə bilməyəcək.
“PUA-ların müasir nümunələri naviqasiyanın inersial adlanan sistemindən istifadə edir, burada bir neçə mənbələrdən istifadə edilir, GPS siqnalı onlardan biridir, – sahibkar izah edib və vurğulayıb ki, Ukraynanın dronlar istehsalçıları naviqasiya sahəsində irəliyə doğru böyük addım atıb.
“Mən həqiqətən bununla fəxr edirəm. Məhz ABŞ-ın silahlanmasında olan qorunan GPS sistemlərindən istifadə etməyin mümkün olmaması ukraynalıları daha müasir alternativ yaratmağa sövq edib. Mən məsələnin dərinliyni bildiyimdən iddia edə bilərəm ki, beləsi nə ABŞ-da, nə Çində, nə də Rusiyada yoxdur”, – Yatsenko deyib.
“Ukraynanın öz peyklərini buraxmağa nə zamanı, nə imkanları olub, lakin bu gün bizdə ən müasir proqramlar və qurğular yarada bilən istedadlı adamlar var.
Demək, hökm belədir: Rusiya “dronlar qatarı”ndan texniki cəhətdən müdafiə olunmağa qadir deyil. Bunu etiraf etmək onlar üçün çox ağrılıdır, lakin bu, obyektiv gerçəklikdir”, – sahibkar deyib.
9 mayda Moskvada “hava paradı” sərgiləməyi planlaşdırılan Ukrayna PUA-larının konkret sayı barədə Yatsenko deməyib, lakin iddia edib ki, onların sayı HHM sistemlərini keçmək üçün “dronlar qatarı” yaratmağa kifayət edəcək.
Onun sözlərinə görə, dronlar istehsalçıları bu ideyanı böyük mükafat pullarına görə keçirmir.
“Mənim komandam istehsalçıların hamısını tanıyır və onlarla yaxşı ünsiyyətdədir. Hazirda Ukraynada PUA-lar birliyi bizim qələbəmiz naminə işləyir, birinci yerdə kommersiya mənfəəti deyil, ideyadır”, – bankçı vurğulayıb.