Rusiya ermənilərin təhlükəsiz şəkildə Qarabağa dönüşünə şərait yaratmağa hazırdır…-RƏSMİ

“Hazırda Dağlıq Qarabağ(keçmiş-S.L.) Azərbaycanın hüquq sahəsinə inteqrasiya olunur. Təəssüf ki, Qarabağ ermənilərinin əksəriyyəti bölgəni tərk edib. Bu, onların çətin, lakin könüllü seçimi idi. .

 

Moderator.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

 

“Bu baxımdan, Dağlıq Qarabağa dönmək istəyənlərin hüquqlarını və təhlükəsizliyini lazımi qaydada təmin etməklə geri qayıtmaları üçün şərait yaradılması vacibdir. Biz bu prosesə hər cür, o cümlədən iştirakı böyük əhəmiyyət kəsb edən Rusiya sülhməramlı kontingenti vasitəsilə yardım göstərməyə hazırıq…”

Mənbə

Share: