Şimali Osetiyada 5500 avtomobil Rusiya-Gürcüstan sərhədini keçmək üçün növbə gözləyir.
Modern.az “TASS”a istinadən xəbər verir ki, onlardan 3600-ü minik avtomobilidir.
Xatırladaq ki, Rusiyada sentyabrın 21-i elan olunan qismən səfərbərlikdən sonra ölkədən çıxmağa çalışanların sayı artıb. Rusiya vətəndaşları əsas olaraq ölkə ilə qonşu dövlətlərə üz tuturlar.