
Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukraynada hərbi əməliyyatı sona qədər aparmalı olduğunu, alternativin olmadığını deyib.
Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, Kremlin rəsmi nümayəndəsi sözlərinə görə, Kiyevə Qərb silahlarının, o cümlədən uzaqmənzilli raketlərin tədarükü “məcburi gərginlik spiralında növbəti dönüşə” gətirib çıxaracaq.
“Bu, yəqin ki, bir daha bizi daha toplanmış, daha güclü, daha səfərbər olmağa, başlanmış işi davam etdirməyə məcbur edir”, – deyə Peskov vurğulayıb.