
“Hakimiyyət bu dəfə qalmaqaldan yan keçmək üçün aksiya iştirakçılarına toxunmayıb, yalnız jurnalistlərə təzyiq edib…”
Rusiya polisi Kreml divarları önündə səfərbər edilənlərin həyat yoldaşlarının etiraz aksiyasını işıqlandıran jurnalistləri saxlayıb.
Moderator.az xəbər verir ki, bu barədə “rtvi.com” nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, hüquq-mühafizə orqanları redaksiya tapşırığı alan, mətbuat kartı və jiletləri üzərində “mətbuat” yazısı olan adamları məqsədyönlü şəkildə xüsusi avtomaşına mindirib.
“RusNews” jurnalisti Aleksandr Filippov, ehtimal ki, Kreml yaxınlığında digər jurnalistlərlə bərabər saxlanılıb.
“Ehtiyatlı olun, xəbərlərdir” layihəsinin jurnalisti qeyd edir ki, polis həm Rusiya, həm də xarici KİV-lərin nümayəndələrini saxlayıb.
Onların arasında “Kommersant”, “France Press” və “Spiegel” nəşrlərin jurnalistləri də olub.
Rusiyanın dövlət KİV-nin də nümayəndəsi polis şöbəsinə aparılanlar arasında olsa da, tezliklə azadlığa buraxılıb.
“Xüsusi avtomaşında bir çoxlarının telefonları əllərindən alınıb. Şöbədə əməliyyatçılar məndən aksiya barəsində haradan xəbər tutduğumu soruşub və redaksiya tapşırığının fotoşəklini çəkib.
Aksiyada jurnalist kimi iştirak etdiyimi və hər-hansı ekstremist maddələrə düşməmək barədə xəbərdarlıq olan izahata imza atmaq tələb edilib. Protokol tərtib olunmayıb, işə xitam verilməsi barədə qərar qəbul edilib”, – bunu nəşrin adının açıqlanmasını istəməyən jurnalisti deyib.
Jurnalistlərin işıqlandırdığı aksiya qismən səfərbərliyin başlanmasının 500-cü gününə həsr edilib. Naməlum əsgərin məzarına əklil qoyulması formasında keçirilən aksiya artıq sayca doqquzuncudur.
Aksiya səfərbərlik çərçivəsində xidmətə çağırılanların qadın qohumlarını birləşdirən “Evə aparan yol” hərəkatının fəalları tərəfindən təşkil edilib.
Bu dəfə rusiyalı müxalif siyasətçilər-Aleksey Navalnının tərəfdarları, Rusiya prezidenti seçkilərinə buraxılmayan Yekaterina Dubtsova, İsraildə yaşayan “xarici agent” Maksim Kats və və başqaları aksiyaya qoşulmağa çağırış edib.
Qeyd edilir ki, polislər yalnız aksiyanı işıqlandıran mətbuat nümayəndələrini saxlayıb,
onun iştirakçılarına isə toxunmayıb.
“Korrupsiya ilə mübarizə Fondu”nun direktoru İvan Jdanov Rusiyanın güc strukrurlarının belə davranışının səbəbləri barədə gümanlarını ifadə edib.
Onlar hesab edir ki, hakimiyyət qalmaqaldan yan keçmək üçün səfərbər olunanların həyat yoldaşlarına toxunmamaq qərarına gəlib və jurnalistlərə təzyiq etməklə onları qorxutmaq və bu aksiya barəsində imkan daxilində az insanların xəbər tutmasına üstünlük verib.