Rusiya ilə Azərbaycan arasında yeni avireyslər açılacaq

Rusiya ilə Azərbaycan arasında yeni avireyslər açılacaq

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi “Azur Air” aviaşirkətinə iki şəhərdən Azərbaycana uçuşlar keçirməyə icazə verib.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, yeni icazə əsasında aviaşirkət Moskva və Sankt-Peterburqdan Qəbələyə reyslər təşkil edəcək.

Hər iki istiqamət üzrə reyslər həftənin hər günü baş tutacaq.

Reyslərin tarixləri hələlik açıqlanmayıb.

Share: