
Rusiya-Gürcüstan sərhədindən keçən Hərbi Gürcüstan (Yuxarı Lars) yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Modern.az “Sputnik Georgia”ya istinadən xəbər verir ki, güclü qar yağması müşahidə olunur.
Bildirilib ki, Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsi qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb. Buna səbəb ekstremal hava şəraitidir. Yolun nə vaxt açılacağı məlum deyil.
Qeyd edək ki, bu yol hazırda Ermənistanla Rusiyanı birləşdirən yeganə yoldur.