Moldova ilə Rusiya arasında son vaxtlar gərgin olan münasibətlər Ukraynada münaqişə başlayandan sonra daha da mürəkkəbləşib.
Axar.az xəbər verir ki, bu sözləri Moldovanın Baş naziri Nataliya Qavrilitsa deyib.
“Biz bu müddət ərzində Rusiya ilə xüsusi əlaqə saxlamadıq. Amma səfirliklər vasitəsilə, rəsmi diplomatik kanallarla əlaqəni qorudurq. Xarici İşlər Nazirliyi öz işini görür. Bu münasibətlər çətin idi, indi daha da çətinləşib”, – deyə hökumət başçısı bildirib.